Suriyada hökumət qüvvələri ilə silahlı dəstələr arasında toqquşma olub
Dünya
429
10:00, Bu gün

Suriyada hökumət qüvvələri ilə silahlı dəstələr arasında toqquşma olub

Suriya keçid hökumətinin qoşunları ölkənin şərqindəki Deyr əz-Zor vilayətində Suriya Demokratik Qüvvələrinin (SDQ) tərkibindəki YPG/PKK silahlıları ilə toqquşublar.

Moderator.az bu barədə "Syria TV"yə istinadən xəbər verir.

Bildirilir ki, SDQ koalisiyasından olan YPG/PKK dəstələri hökumət qoşunlarının müdafiəsi altında olan əraziyə daxil olmağa cəhd göstəriblər.

Lakin hərbi qulluqçular onların hücumlarını dəf edərək tutduqları mövqeləri qoruyublar.

Tərəflər arasında atışma bir neçə saat davam edib.

Link kopyalandı!
Son xəbərlər