Basketbol ulduzunun 180 min dollarlıq avtomobili oğurlandı
Dünya
1733
26 Oct 2025 | 09:10

Basketbol ulduzunun 180 min dollarlıq avtomobili oğurlandı

Naməlum şəxslər ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, hazırda tanınmış ekspert, analitik və televiziya aparıcısı Şakil O'Nilın avtomobilini oğurlayıblar.

Moderator.az "Page Six"ə istinadən xəbər verir ki, "Range Rover" markalı avtomobil Atlantadan Luizianaya daşınarkən oğurlanıb.

Mövcud məlumata görə, nəqliyyat vasitəsinin təxmini dəyəri 180.000 dollardır. Oğruların nəqliyyat vasitəsinin daşınması ilə məşğul olan şirkətin veb saytını sındıraraq daşınma məlumatlarını dəyişdikləri güman edilir.

Basketbol ulduzunun 180 min dollarlıq avtomobili oğurlandı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər