14:38
20°C
Bakı
Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Demetevler metrostansiyasında tüstülənmə olub.
Moderator.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, hadisə yerinə dərhal yanğınsöndürən və təcili tibbi yardım maşınları, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Metrostansiyadakı sərnişinlər təxliyə edilib, onların arasında xəsarətə alanların və ya tüstüdən təsirlənənlərin olmadığı bildirilib.
Hadisənin baş vermə səbəbinin araşdırılması üçün stansiyaya girişlər dayandırılıb.