Məhkumlar arasında zəhərlənmə olub
Dünya
478
08:20, Bu gün

Məhkumlar arasında zəhərlənmə olub

Türkiyənin Amasya vilayətində yerləşən cəzaçəkmə müəssisələrindən birində məhkumlar arasında zəhərlənmə baş verib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, axşam yeməyindən sonra 6 məhkumun halı pisləşib.

Zəhərlənmə əlamətləri nümayiş etdirən məhkumlar öncə həbsxananın poliklinikasına, daha sonra isə vilayətin universitet xəstəxanasına aprılıblar.

Qida zəhərlənməsi diaqnozu qoyulan məhkumlardan dördü xəstəxanadan buraxılıb, iksinin isə müalicəsi davam edir.

Faktla bağlı araşdırma başladılıb.

Link kopyalandı!
Son xəbərlər