Dünyanın ən kiçik pivəsi buraxıldı - FOTO
Dünya
409
08:00, Bu gün

Dünyanın ən kiçik pivəsi buraxıldı - FOTO

Məşhur Danimarka brendi "Carlsberg" əsl etiket və möhürlənmiş qapaqla miniatür pivə şüşəsi təqdim edib.

Moderator.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Hündürlüyü cəmi 12 millimetr, təxminən bir düyü dənəsi ölçüsündə olan bu şüşədə cəmi 0,05 millilitr pivə var.

"Carlsberg"in kommunikasiya rəhbəri Kasper Danielssonun sözlərinə görə, layihə insanlara məsuliyyətli içki qəbulunun vacibliyini xatırlatmaq üçün yaradılıb.

Link kopyalandı!
Son xəbərlər