02:18
16°C
Bakı
ABŞ-nin Şimali Karolina ştatının Makston şəhəri yaxınlığında baş verən atışmada ən azı iki nəfər həlak olub.
Bu barədə Robeson Şerif Ofisi məlumat yayıb.
"On üç nəfər güllə yarası alıb, onlardan ikisi ölüb. Yeddi nəfərin vəziyyəti ağırdır", - deyə açıqlamada bildirilib.
Atışma 150-dən çox insanın iştirak etdiyi böyük məclisdə baş verib. Yerli hakimiyyət orqanları istintaqın aparıldığını və sakinlər üçün heç bir təhlükə olmadığını vurğulayıb.
(Report)