Bizi sosial şəbəkələrdən izləyin:
Kot-d'İvuarda prezident seçkisi keçirilir. Seçicilərin səsləri uğrunda hazırkı Prezident Alassan Uattara da daxil olmaqla beş namizəd yarışır.
Moderator.az xəbər verir ki, bu barədə Cənubi Afrika radiostansiyası SABC məlumat yayıb.
Məlumata görə, Qərbi Afrika ölkəsində ümumilikdə 25.370 seçki məntəqəsi açılıb, daha 308 məntəqə isə onun sərhədlərindən kənarda yaradılıb. Seçici siyahılarına daxil edilmiş vətəndaşların sayı 8,7 milyondur.
Səsvermə prosesini 28 Afrika ölkəsindən və 50 təşkilatdan təxminən 250 nümayəndə izləyir.
Əgər birinci turda heç bir namizəd 50% üstəgəl bir səs toplamazsa, ikinci tur keçiriləcək.