Ana ağlayan körpəsini öldürdü
Dünya
514
25 Oct 2025 | 19:22

Ana ağlayan körpəsini öldürdü

Rusiyanın Kamışlov şəhər məhkəməsində ana körpəsini öldürüb.

Hadisə Elan qarnizonunda baş verib.

İstintaqın versiyasına görə, 20 yaşlı ana körpənin ağlamasına dözə bilməyib və qızı güclə divanın üstünə atıb. Əvvəlcə qadın körpəni təsadüfən yerə saldığını iddia edib, lakin məhkəmə-tibbi ekspertizası müəyyən edib ki, ölüm boğulma nəticəsində baş verib.

Hadisədən sonra qadın evi tərk edərək qəbiristanlığa gedib və orada anasının məzarı yanında təxminən bir saat vaxt keçirib. Daha sonra o, ərinə vida mesajı göndərib və şəhərdən uzaqlaşıb. Həmin gün o, Pışminski rayonu avtovağzalında saxlanılıb.

Qadını 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. İstintaq baş verənlərin bütün hallarını müəyyən etməyə davam edir.

 

(Lent.az)

Link kopyalandı!
Son xəbərlər