Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Belqorod su anbarının bəndi Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində zədələnib.
Bu barədə bölgə qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat verib.
Məlumata görə, zərbədən sonra bir neçə yaşayış məntəqəsinin su altında qalması təhlükəsi yaranıb.
"Düşmən daha bir zərbə endirərsə, bənd dağıla bilər. Əgər bu baş verərsə, Xarkov vilayəti istiqamətindən çay sahilinin və təxminən 1000 sakinin yaşadığı yaşayış məntəqələrində bir neçə küçənin su altında qalması təhlükəsi var", - deyə qubernator yazıb.
Daşqın riski altında olan ərazilərin sakinlərinə Belqoroddakı müvəqqəti yerləşmə məntəqəsinə getmələri tövsiyə olunub.
Belqorod su anbarı eyniadlı vilayətin Belqorodski və Şebekinski rayonları ərazisində yerləşir.