Yarış zamanı infarkt keçirən idmançı öldü
Dünya
260
24 Oct 2025 | 23:50

Yarış zamanı infarkt keçirən idmançı öldü

İtaliyalı velosipedçi Kevin Bonaldo cümə günü, oktyabrın 24-də Viçentsadakı xəstəxanada dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, məlumatı 26 yaşlı idmançının üzvü olduğu komanda - “SC Padovani Polo Cherry Bank” yayıb.

Sentyabrın 21-də Piccola San Remo yarışı zamanı Bonaldo infarkt keçirib, bundan sonra o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və bir ay reanimasiyada yatıb.

Komanda sosial mediada “Kevin Bonaldonun həyat və ölüm arasında bir aylıq cəsarətli mübarizədən sonra dünyasını dəyişdiyini elan etməkdən kədərlənirik. Komandamız Kevinin ailəsinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı verir” yazıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər