Kanlaon vulkanı püskürdü, ərazi təhlükədə - Xəbərdarlıq
Dünya
298
24 Oct 2025 | 22:48

Kanlaon vulkanı püskürdü, ərazi təhlükədə - Xəbərdarlıq

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu ölkənin mərkəzi hissəsindəki Kanlaon vulkanının püskürdüyünü açıqlayıb.

Moderator.az xəbər verir ki, yerli vaxtla saat 20:06-da püskürmə başlayıb və 2-3 dəqiqə davam edib. Nəticədə hündürlüyü 2 kilometrə çatan kül buludu yaranıb.

Kanlaon vulkanının püskürməsi ilə əlaqədar 2-ci səviyyədə xəbərdarlıq elan edilib, 4 kilometr radiusda ərazi təhlükəli zona olaraq qiymətləndirilib.

Qeyd edək ki, Neqros adalarında yerləşən Kanlaon dağı Filippindəki 24 aktiv vulkandan biridir. Bundan əvvəl aprel ayında püskürmüşdü.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər