İsrail ordusu Livanda
Dünya
294
24 Oct 2025 | 22:45

İsrail ordusu Livanda "Hizbullah"ın logistika üzrə komandirini öldürüb

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda "Hizbullah"ın logistika qüvvələrinin komandirini öldürüb.

Moderator.az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Nəbatiyyə bölgəsindəki əməliyyatda Abbas Həsən Karkini məhv edilib.

Mətbuat Xidmətinin məlumatına görə, qətlə yetirilən şəxs son aylarda Litani çayının cənubunda "Hizbullah"ın döyüş qabiliyyətini bərpa etmək səylərinə rəhbərlik edib, eləcə də təşkilatın təhlükəsizlik strukturunun yenidən qurulmasına cavabdeh olub, Livanın cənubunda silahların daşınmasını və saxlanmasını idarə edib.

İsrail ordusu qətlə yetirilən şəxsin fəaliyyətini İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulması kimi qiymətləndirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər