04:03
17°C
Bakı
Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriev ABŞ-də səfərdədir.
Moderator.az "Axios"a istinadən xəbər verir ki, o, şənbə günü Mayamidə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşəcək.
Dmitriyevin səfəri Rusiya ilə ABŞ arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.
Tramp Putinlə planlaşdırılan görüşü ləğv etdiyini, çünki bunun heç bir nəticə verməyəcəyinə inandığını açıqlayıb.
Dmitriyevin ABŞ-nin digər rəsmiləri ilə görüşüb-görüşməyəcəyi hələlik bəlli deyil.