Almaniya Çinə nota göndərdi
Dünya
293
24 Oct 2025 | 20:20

Almaniya Çinə nota göndərdi

Almaniya Çindən Avropaya mikroçiplərin ixracına qadağa qoyulması ilə bağlı Pekinə diplomatik nota göndərib.

Moderator.az "Bild"ə istinadən xəbər verir ki, qadağa Almaniyanın avtomobil və elektronika sənayesi üçün komponentlərin tədarükünü ciddi şəkildə pozub.

Pekinin addımlarına səbəb çinli investorlara məxsus olan Hollandiyanın Nexperia şirkətinin milliləşdirilməsi olub. Bundan sonra Pekin Avropa İttifaqına yarımkeçirici ixracını dayandırıb.

Almaniyanın iqtisadiyyat naziri Katharina Reiche Berlinin Çinin ticarət nazirinə rəsmi nota göndərdiyini təsdiqləyib.

"Almaniya iqtisadiyyatı bu tədarüklərdən asılı olduğu üçün mikroçip çatışmazlığından ciddi zərbə aldıq. Biz gərginliyin azaldılmasına və ixracın bərpasına sadiqik", - Reyx bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər