Əkrəm İmamoğlu
Dünya
256
17:42, Bu gün

Əkrəm İmamoğlu "tender saxtakarlığı" ittihamından bəraət alıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu haqqında “tender saxtakarlığı” ittihamı üzrə məhkəmə qərarı elan edilib.

Moderator.az xəbər verir ki, İmamoğlu Beylikdüzü bələdiyyə başçısı olduğu dövrlə əlaqədar açılmış cinayət işi çərçivəsində bu gün hakim qarşısına çıxıb.

Məhkəmənin qərarına əsasən, Əkrəm İmamoğlu “tender saxtakarlığı” ittihamı üzrə bəraət alıb.

Xatırladaq ki, İmamoğlu bu ittihamla bağlı 7 ilə qədər həbs cəzası ilə üzləşə bilərdi.

Qeyd edək ki, İmamoğluna qarşı irəli sürülən digər ittihamlarla bağlı məhkəmə prosesləri davam edir.

Link kopyalandı!
Son xəbərlər