ABŞ ordusunun ötən gecə Karib hövzəsində narkotik qaçaqmalçılığına qarşı həyata keçirdiyi əməliyyat nəticəsində 6 terrorçu öldürülüb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset özünün “X” hesabında bildirib.
“Ötən gecə Prezident Trampın göstərişinə əsasən, Müharibə Nazirliyi terror təşkilatı “Tren de Aragua” tərəfindən idarə olunan gəmiyə ölümcül zərbə endirdi. Bu gəmi Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul idi. Nəticədə 6 kişi narkoterrorçu öldürüldü. Heç bir ABŞ hərbçisi xəsarət almayıb. Əgər siz, bizim yarımkürədə narkotik qaçaqmalçılığı ilə məşğul olan narkoterrorçusunuzsa, biz sizə “Əl-Qaidə”yə göstərdiyimiz münasibəti göstərəcəyik. Şəbəkələrinizi aşkar edəcək, adamlarınızı izləyəcək və sizi öldürəcəyik”, - Heqset xəbərdarlıq edib.