Meksika Çin mafiya başçısını ABŞ-yə ekstradisiya etdi
Dünya
298
17:30, Bu gün

Meksika Çin mafiya başçısını ABŞ-yə ekstradisiya etdi

Meksika ABŞ hakimiyyəti tərəfindən narkotiktərkibli fentanil həbini yaymaq ittihamı ilə axtarılan Çin vətəndaşı olan mafiya başçısı Çji Dun Çjanı ABŞ-yə ekstradisiya edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat verib.

İyul ayında o, ekstradisiya olunana qədər Meksikada saxlanıldığı ev dustaqlığından qaçıb.

ABŞ Ədliyyə Nazirliyi iddia edir ki, Çji Dun Çjan Çinin kimyəvi məhsullar istehsalçıları ilə fentanil istehsal edən Meksika narkokartelləri arasında əsas əlaqə vasitəsidir.

Məlumata görə, Meksikada ev dustaqlığından qaçdıqdan sonra Çji Dun Çjan şəxsi təyyarə ilə Kubaya uçub və oradan da ABŞ və Meksika prokurorlarının gözündən yayınacağını ehtimal edərək Rusiyaya getmək niyyətində olub.

"Rusiya hakimiyyəti onun ölkəyə girişinə icazə verməyib və dərhal Kubaya qaytarılmasına göstəriş verib", - deyə ABŞ hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər.

O, Kubada saxlanılıb və Meksikaya geri göndərilib. Çji Dun Çjan hazırda artıq ABŞ-də həbsdədir.

Link kopyalandı!
Son xəbərlər