Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişin bağlanması üzrə danışıqlar aparır.
Moderator.az-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bildirib.
"Ermənistan və İran arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişin bağlanması üzrə danışıqlar aparılır. Bu danışıqlar yaxın zamanda başa çatacaq", - o qeyd edib.
E.Akopyan, həmçinin Gürcüstan ilə əməkdaşlıq barədə danışıb: "Biz Gürcüstan ilə birgə məntəqənin yaradılması məsələsini müzakirə edirik, Qoqavan-Ququt hissəsində birgə xidmətlərin göstərilməsi üçün işçi qrupu yaradılıb".
O, həmçinin qeyd edib ki, ABŞ ilə gömrük sistemi üçün avadanlıqların əldə edilməsi, həmçinin bəzi monitorinq sistemlərinin tətbiqi istiqamətində əməkdaşlıq inkişaf etdirilir.