20:33
17°C
Bakı
Bu gün Brüsseldə Özbəkistan Respublikası ilə Avropa İttifaqı arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” platformasında paylaşım edib.
Tədbirdə Özbəkistan Prezidenti Şövkət Mirziyoyev və Aİ-nin liderləri iştirak edib.
Koşta bu hadisəni “qarşılıqlı etimada, dostluğa və ortaq məqsədlərə əsaslanan münasibətlərin yeni mərhələsi” kimi qiymətləndirib.
Yeni razılaşma çərçivəsində tərəflər iqtisadi inteqrasiya, ticarət, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və hüquq sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.