Sarkozi həbsxanaya gəlişi ilə orada çaxnaşma yaradıb
Dünya
285
16:40, Bu gün

Sarkozi həbsxanaya gəlişi ilə orada çaxnaşma yaradıb

Fransanın sabiq prezidenti Nikolya Sarkozinin Parisin "La Sante" həbsxanasında keçirdiyi ilk günlərdə orada çaxnaşma başlayıb, üç məhbus saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

Bildirilir ki, məhbusları ona hədə-qorxu gəldikləri üçün saxlayıblar. Üstəlik, digər məhbuslar da 70 yaşlı Sarkoziyə gün verib işıq vermir, ünvanına təhqiredici ifadələr işlədirlər. Məlum olduğu kimi, sabiq prezident vaxtilə cinayətkarlara qarşı açıq nifrəti ilə seçilib.

Sarkozinin onunla hamı kimi davranılması tələblərinə baxmayaraq, Fransa qanunvericiliyinə görə, dövlətə rəhbərlik etmiş şəxs kimi, onu həbsxanada hökumət mühafizəsindən iki silahlı zabit müşayiət edir. Qeyd edək ki, həbsxananın özünün mühafizə işçiləri silahsızdırlar.

Digər məhbuslara keçmiş prezidentlə təmasda olmaq qadağan edilib. Məhbusları qıcıqlandıran budur ki, ona digər məhbuslarla müqayisədə dörd dəfə geniş yer ayrılıb.

Xatırladaq ki, sentyabrın 25-də Paris məhkəməsi keçmiş dövlət başçısını 2007-ci il prezident seçkisi kampaniyasının qanunsuz maliyyələşdirilməsi məqsədilə ətrafındakıların Liviya lideri Müəmmər Qəddafiyə müraciət etməsi ilə bağlı cinayətkar sövdələşmədə təqsirli bilib. Eyni zamanda, siyasətçi korrupsiya ittihamlarından bəraət alıb.

Link kopyalandı!
Son xəbərlər