Rusiya ilk dəfə Odessaya idarəolunan aviabombalar atıb
Dünya
300
16:19, Bu gün

Rusiya ilk dəfə Odessaya idarəolunan aviabombalar atıb

Rusiya ilk dəfə Odessa vilayətinə idarəolunan aviasiya bombaları atıb.

Moderator.az xəbər verir ki, bu barədə “Unian“ Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb.

“Bu gün baş verən hava hücumu zamanı Rusiya ordusu bölgəmizin mülki infrastrukturuna qarşı ilk dəfə idarəolunan aviasiya bombalarından istifadə edib. Bu, Odessa vilayəti üçün ciddi və yeni təhlükədir”, – Kiper bildirib.

Rəsmilər əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

Link kopyalandı!
Son xəbərlər