Çin və ABŞ liderlərinin görüşü öncəsi yeni gediş - Trampın yeni planı üzə çıxdı
Dünya
2376
24 Oct 2025 | 15:40

Çin və ABŞ liderlərinin görüşü öncəsi yeni gediş - Trampın yeni planı üzə çıxdı

Oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüş keçirəcək. Tramp bildirib ki, Çin Rusiyaya ciddi təsir imkanlarına malikdir və bu kontekstdə Rusiya-Ukrayna müharibəsini də müzakirə edəcəklər. ABŞ-Çin görüşündə tərəflər Ukrayna müharibəsinin gedişinə nə dərəcədə təsir göstərə bilərlər? ABŞ Çin vasitəsilə Rusiyaya təzyiq göstərərək müharibənin son qoyulmasına nail ola bilərmi? Görüşdən ümumi gözləntilər nələrdir?
Moderator.az-a danışan siyasi-şərhçi Əziz Əlibəyli deyib ki, 31 oktyabr Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində böyük bir görüş gözlənilir:
 
“Ağ Ev rəhbəri Donald Tramp Koreyada Çin sədri ilə görüşərək, ticarət münasibətlərinin pisləşməsindən narahat olan amerikalı işgüzar dairələrə xoş xəbər verməyə çalışır. Qeyd edək ki, ABŞ sanksiyaları Çinə ciddi təsir göstərmədi. Amma  ABŞ Çinin kənd təsərrüfatı və enerji bazarını sarsıtdı. Trampın soya istehsalçıları olan seçiciləri Çin bazarlarını itirdi və bir çoxu müflis oldu. Amerika soya məhsulları üçün Çinə alternativ bazar tapa bilmir. Bu baxımdan Tramp görüşə qədər iki mühüm addımı atır. ABŞ dünyanın aparıcı gücü kimi Çindən güclü şəkildə çıxış etməlidir. Bunun üçün Venesuelada hərbi qüvvələr hazır vəziyyətə gətirilir ki, görüşə qədər orada çevriliş edə bilsin. Ağ ev rəhbəri bildirmək istəyir ki, ABŞ Latın Amerikasında diqtə edən gücdür, çünki Çin də bu regionda ciddi investisiyalara sahibdir. Eyni zamanda, ABŞ Rusiyaya qarşı da  təzyiq etməyə çalışır. Ukraynanın  son günlər Rusiyaya qarşı bu qədər güclü çıxa bilməyinin səbəbi Amerikadır. Amerika Rusiyanı dayandıra bilsə, Çinlə görüşə güclü kozrdan çıxacaq. Bütün bu məsələlər görüşün fonunu təşkil edir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər