Dünya
915
24 Oct 2025 | 11:59

"WSJ": Tramp Rusiyaya qarşı ortasəviyyəli sanksiya variantını seçdi

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı üç sanksiya variantından birini seçmək təklifi alıb, lakin o, sərtlik dərəcəsi orta olan variant seçib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadla yazıb.
 
"Trampa üçsəviyyəli sanksiya paketi təqdim edilib: sərt variant, Rusiyanın energetika sektoruna yönəldilmiş orta variant və daha məhdud sanksiyaları ehtiva edən yumşaq variant", - deyə qəzet yazıb.
 
Bildirilir ki, ABŞ lideri Qəzza zolağında əldə etdiyi atəşkəsi Ukraynada münaqişənin sona çatmasına təkan hesab edib. Onun orta variantı seçmək qərarını həm ABŞ dövlət katibi Marko Rubio, həm də Pentaqon rəhbəri Pit Heqset dəstəkləyib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər