ABŞ-də aparılan yeni araşdırma ölkədə piylənmənin miqyası ilə bağlı rəqəmləri kəskin şəkildə dəyişib.
“Mass General Brigham” mərkəzinin alimləri tərəfindən hazırlanan yeni araşdırmalara əsasən, ABŞ-də insanların təxminən 70%-nin (əvvəlki göstərici 40% idi) piylənmədən əziyyət çəkdiyi ortaya çıxıb.
Ətraflı
“The Lancet Diabetes & Endocrinology” jurnalında dərc olunan tədqiqatda qeyd olunur ki, yeni model yalnız bədən kütlə indeksini (BMI) deyil, həm də bel çevrəsi və bədən yağının paylanması kimi göstəriciləri nəzərə alır.
Tədqiqat 300 mindən çox insanın məlumatı əsasında aparılıb. Nəticələr göstərib ki, xüsusilə yaşlı şəxslər arasında piylənmə riski artıb. Bildirilib ki, 70 yaşdan yuxarı insanların təxminən 80%-nin yeni meyarlara görə piylənmədən əziyyət çəkdiyi vurğulanıb.
Qeyd olunub ki, bu yanaşma BMI ilə görünməyən artıq yağlanmanı daha dəqiq müəyyən etməyə imkan verir. Yeni metodologiya diabet və ürək-damar xəstəlikləri riskinin daha çox olduğunu göstərir. Həmçinin bildirilib ki, növbəti mərhələdə bu model piylənmənin qarşısının alınması və müalicə üsullarının təkmilləşdirilməsi üçün istifadə ediləcək.