Müdafiə Nazirliyi: Rusiya təyyarələri ölkənin hava məkanını pozub
Dünya
424
23 Oct 2025 | 23:00

Müdafiə Nazirliyi: Rusiya təyyarələri ölkənin hava məkanını pozub

NATO missiyasının Litvadakı qırıcı təyyarələri Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarələrin ölkənin hava məkanını pozması səbəbindən səmaya qaldırılıb.

Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 23-də saat 18:00 radələrində Litva Hərbi Hava Qüvvələri Kibartay (Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəd şəhər – red.) yaxınlığında dövlət sərhədinin pozulması faktını aşkarlayıb: Rusiyanın Su-30 təyyarəsi və İl-78 yanacaqdoldurma təyyarəsi ehtimal ki, Kalininqrad vilayətində yanacaqdoldurma təlimləri keçirib, Litvanın hava məkanına təxminən 700 metr daxil olub və hava məkanında təxminən 18 saniyə qaldıqdan sonra onu tərk edib", - məlumatda deyilir.

"Hadisəyə cavab olaraq İspaniyanın Hərbi Hava Qüvvələrinə məxsus iki "Eurofighter Typhoon" qırıcı təyyarəsi səmaya qaldırılıb, NATO-nun hava polisi missiyasını yerinə yetirib", - nazirlik əlavə edib.

Bildirilir ki, NATO qırıcıları hazırda hava patrulları həyata keçirir.

Link kopyalandı!
Son xəbərlər