Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb - FOTO
Dünya
438
23 Oct 2025 | 22:40

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb - FOTO

Sind Terrorla Mübarizə İdarəsi (CTD) Pakistanın ən böyük şəhəri Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib.

Moderator.az-ın "Azad İran" "Telegram" kanalına istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı qrupun iki fəal üzvü saxlanılıb.

Şübhəlilərdən tapança və əl qumbarası götürülüb. Məlumata görə, saxlanılanlar 2025-ci ilin mayında Kəraçidə törədilmiş dini motivli qətllərdə iştirak etdiklərini etiraf ediblər.

Onlar həm də qonşu ölkədən maliyyə və təşkilati dəstək alan, şəhərdə terror aktları planlaşdıran qrupun tərkibində olublar.

Hüquq-mühafizə orqanlarının mənbələri bildirirlər ki, Kəraçidəki İrana bağlı proksi qüvvələr son aylarda bir sıra sui-qəsdlərdə, o cümlədən əvvəllər İsrailə səfər etmiş sünni icma liderlərinin və jurnalist İmtiaz Mirin öldürülməsində iştirak etmiş ola bilərlər.

Link kopyalandı!
Son xəbərlər