02:37
16°C
Bakı
ABŞ Prezidenti Donald Tramp kriptovalyuta birjası "Binance"ın qurucusu və keçmiş direktoru Çanpen Çjaonu əfv edib.
Moderator.az bu barədə "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir.
2024-cü ilin may ayında Çanpen Çjao ABŞ-də maliyyə cinayətlərinə görə dörd aylıq həbs cəzasına məhkum edilmişdi.
Qeyd olunurdu ki, hökm ABŞ prokurorlarının tələb etdiyi üç illik müddətdən xeyli azdır.