Qazaxıstanda naməlum PUA partladı
Dünya
506
23 Oct 2025 | 20:40

Qazaxıstanda naməlum PUA partladı

Qərbi Qazaxıstan vilayətinin Rusiya ilə həmsərhəd olan Burlin rayonunda mənşəyi naməlum olan pilotsuz təyyarə partlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin Teleqram kanalında deyilir.

"Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunda mənşəyi məlum olmayan pilotsuz uçuş aparatının partlaması qeydə alınıb", - nazirlik qeyd edib.

Qazaxıstan Müdafiə Nazirliyi həmçinin əlavə edib ki, pilotsuz təyyarənin qalıqları ucqar, yaşayış olmayan əraziyə düşüb. Hadisə nəticəsində xəsarət alan və dağıntı olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər