İnternetdə Luvr soyğunçularının qaçmasını əks etdirən görüntülər yayılıb - VİDEO
Dünya
488
23 Oct 2025 | 20:35

İnternetdə Luvr soyğunçularının qaçmasını əks etdirən görüntülər yayılıb - VİDEO

İnternetdə Fransa paytaxtı Parisdəki Luvr muzeyinin ikinci mərtəbəsində yerləşən Apollon Qalereyasından soyğunçuların qaçmasını əks etdirən görüntülər yayılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"X" sosial şəbəkəsində yayımlanan görüntülərdə iki oğrunun mexaniki liftlə ikinci mərtəbədən enməsi əks olunub. Onlardan biri işıq əks etdirən formadadır, digəri isə qara gödəkçə geyinib.

İki oğru daha sonra aşağıda onları gözləyən yoldaşlarına qoşulmaq üçün skuterlərə tullanır və hadisə yerindən uzaqlaşa bilir.

Xatırladaq ki, bazar günü - oktyabrın 19-da naməlum şəxslər Luvr muzeyini qarət ediblər. Napoleon Bonaparta məxsus zinət əşyalarını və muzeydən digər qiymətli əşyaları oğurlamaq üçün oğrulara 7 dəqiqə vaxt lazım olub. Bu, Leonardo da Vinçinin şah əsəri olan "Mona Liza"nın oğurlandığı 1911-ci ildəki hadisədən bəri ən səs-küylü muzey soyğunudur. Paris prokuroru Lor Bekko soyğunun 88 milyon avro dəyərində ziyana səbəb olduğunu bildirib. Fransa Mədəniyyət Nazirliyindən isə "Financial Times" qəzetinə bildirib ki, oğurlanan zinət əşyaları sığortalanmayıb.

Link kopyalandı!
Son xəbərlər