Putin:
Dünya
499
23 Oct 2025 | 20:30

Putin: "Yeni sanksiyalar Rusiyaya təzyiq cəhdidir"

Rusiya Prezidenti Vladimir Putin sanksiyaları Rusiyaya təzyiq cəhdi adlandırıb.

Moderator.az-ın məlumatına görə, bunu o, Rusiya Coğrafiya Cəmiyyətinin 17-ci Qurultayından sonra jurnalistlərə açıqlamasında deyib.

Putin vurğulayıb ki, Amerikanın yeni məhdudiyyətləri Rusiyanın iqtisadi rifahına ciddi təsir etməyəcək. "Yeni sanksiyalara gəlincə, ilk növbədə, burada yeni heç nə yoxdur. Bəli, onlar bizim üçün ciddidir və müəyyən nəticələr ola bilər, lakin bizim iqtisadi rifahımıza ciddi təsir göstərməyəcəklər", - Rusiya lideri bildirib.

"Sanksiyalar qeyri-dost hərəkətdir, o, Rusiya-Amerika münasibətlərini gücləndirmir", - Rusiya Prezidenti qeyd edib.

Link kopyalandı!
Son xəbərlər