01:25
15°C
Bakı
Fransanın keçmiş prezidenti Nikola Sarkozi yerləşdirildiyi həbsxanada ağır şəraitlə üzləşib. Digər məhbuslar onu daimi olaraq ələ salırlar və yuxuya getməsinə mane olurlar.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri yazıb.
"Sarkozini həbsxanaya gəldiyi ilk gündə balaca boyuna görə kamera yoldaşları ələ salıblar", - deyə nəşr bildirib.
Qeyd edilir ki, məhbuslar qışqıraraq təhqiramiz ifadələr işlədiblər və keçmiş dövlət başçısından danışanda ayağa qalxıb başını göstərməsini (balaca boyuna işarə edərək-red.) tələb ediblər. İnsidentlərdən biri zamanı iki nəzarətçi Sarkozinin kamerasına gəlib, mübahisəni sakitləşdiriblər.