İsrailin təhlükəsizlik naziri Trampa cavab verib
Dünya
510
23 Oct 2025 | 19:20

İsrailin təhlükəsizlik naziri Trampa cavab verib

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir ABŞ Prezidenti Donald Trampın İordan çayının qərb sahili ilə bağlı fikirlərinə cavab verib.

Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, Ben Qvir İsrailin müstəqil və suveren dövlət olduğunu, parlament üzvlərinin də öz iradələrinə uyğun olaraq səs verdiklərini bildirib.

“Mən Prezident Trampı çox yüksək qiymətləndirirəm. O, şübhəsiz ki, ən çox İsrail tərəfdarı olan Amerika Prezidentidir. Bununla yanaşı, vurğulamaq lazımdır ki, Knesset üzvləri öz qərarlarına uyğun olaraq səs verirlər”, - Ben Qvir vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər