00:30
16°C
Bakı
"Ermənistanda Masis şəhərinin meri David Hambartsumyan altı il üç ay müddətinə həbs edilib".
Moderator.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyanın açıqlmasında deyilir.
Vəkilin sözlərinə görə, İrəvan Cinayət Məhkəməsi girov ödənişini ləğv edib və "Şərəfim var" fraksiyasından baş nazir vəzifəsinə namizəd olan Hambartsumyan barəsində həbs qətimkan tədbiri seçib.
Masisin meri 2018-ci ildə etirazçılara qarşı silah tətbiq etməkdə və iğtişaşlarda ittiham olunurdu.