Əraqçıdan sərt mesaj:
Dünya
1053
23 Oct 2025 | 18:17

Əraqçıdan sərt mesaj: "İranı hədələyənlər növbəti uğursuzluğa gedirlər"

İranın xarici işlər naziri Abbas Əraqçı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin son açıqlamasına sərt cavab verib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Əraqçı bildirib ki, Qrossinin sözlərinin arxasında ya narahatçılıq, ya da hədə-qorxu dayanır:

"Bilmirəm, o, narahatçılıqdan, yoxsa hədə-qorxudan belə deyib, amma bu cür təhdid səsləndirənlər bilməlidirlər ki, uğursuz təcrübəni təkrarlamaq onlar üçün yalnız növbəti uğursuzluqla nəticələnəcək".

Xatırladaq ki, Qrossi dünən Cenevrədəki "Genoa Solutions" mediasına müsahibəsində İranın hələ də nüvə silahı istehsalına yetəcək qədər uran ehtiyatı saxladığını bildirmişdi.

Link kopyalandı!
Son xəbərlər