23:18
15°C
Bakı
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağına səfər edəcəyini bildirib.
Moderator.az-ın məlumatına görə, o, bu barədə "Time" jurnalına müsahibəsində bildirib.
"Mən bunu edəcəyəm. Bəli, edəcəyəm", - Tramp jurnalistin müvafiq sualına cavab verib.
D.Tramp, həmçinin bildirib ki, onun sülh planında nəzərdə tutulan Qəzza üzrə Sülh Şurası artıq yaradılıb və ona bu şuranın sədri olmağı təklif ediblər: "Sülh Şurası nüfuzlu insanlardan ibarət olacaq və onun Yaxın Şərqdə çox təsiri olacaq".
ABŞ liderinin fikrincə, Yaxın Şərq regionu hazırda nadir birlik nümayiş etdirir: "İndi HƏMAS istisna olmaqla, hamı həqiqətən birləşib".
Bununla belə, D.Tramp vurğulayıb ki, HƏMAS əldə olunan razılaşmalara qarşı çıxarsa, Sülh Şurası hərəkatı məsuliyyətə cəlb edə biləcək.