Rusiya və Ukrayna arasında cəsəd mübadiləsi baş tutub
Dünya
356
17:35, Bu gün

Rusiya və Ukrayna arasında cəsəd mübadiləsi baş tutub

Ukrayna tərəfi Rusiyadan döyüşlər zamanı həlak olmuş 1000 hərbçinin cəsədini qəbul edib.

Moderator.az-ın RBC-ya istinadən xəbərinə görə, bu barədə Ukraynanın Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahından məlumat verilib.

Yaxın zamanda identifikasiyanın başlayacağı qeyd edilib.

Parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi, Dövlət Dumasının deputatı Şamsail Saraliev bildirib ki, Rusiya isə Ukraynadan 31 əsgərin qalıqlarını alıb.

"31 nəfərin cəsədinin 1000 ukraynalının cəsədi ilə dəyişdirilməsi baş tutdu", - deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər