Zaxarova:
Dünya
322
16:20, Bu gün

Zaxarova: "Moskva Gümrü merinin saxlanması ətrafında vəziyyəti diqqətlə izləyir"

"Moskva Gümrü merinin saxlanması ətrafında vəziyyəti diqqətlə izləyir".

Moderator.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı News.ru-nun müvafiq sualına cavab olaraq bildirib.

Zaxarova Gümrü meri Vardan Qukasyanın saxlanmasını şərh edib.

Onun sözlərinə görə, Gümrü əhali sayına görə Ermənistanın ikinci böyük şəhəridir və orada Rusiyanın 102-ci hərbi bazası, Rusiya Baş Konsulluğu və "Rossotrudniçestvo"nun filialı yerləşir.

Zaxarova qeyd edib ki, şəhər rəhbərliyi Rusiya Federasiyasının müxtəlif regionları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir.

"Biz, əlbəttə ki, Rusiya-Ermənistan münasibətlərinə diqqətlə yanaşırıq və xalqlarımız arasında ənənəvi sıx əlaqələr mövqeyindən çıxış edənləri hər zaman dəstəkləyirik. Şəhər merinin həbsinə gəlincə, bu, sözsüz ki, Ermənistanın daxili işidir. Eyni zamanda, qeyd edirik ki, Vanadzor, Berd, Gorus və digər icmaların rəhbərlərinə qarşı əvvəllər də cinayət işi açılıb və onlardan bəziləri həbs olunub. Ümid edirik ki, bu cür proseslər məhkəmə hakimiyyətinin xalqdan ayrılmasına və ona inamın azalmasına səbəb olmayacaq. Elə bu barədə də Ermənistanın baş naziri bu yaxınlarda Erməni Demokratiya Forumunda danışırdı", - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Ermənistanın yeni seçki dövrünə - ölkədə 2026-cı ilin iyununa planlaşdırılan növbəti parlament seçkisinə daxil olduğunu nəzərə alsaq, bu mövzu xüsusilə aktual xarakter alır.

Link kopyalandı!
Son xəbərlər