Türkiyə Silahlı Qüvvələri 702 kilometrlik tunel xəttini məhv edib
Dünya
374
16:05, Bu gün

Türkiyə Silahlı Qüvvələri 702 kilometrlik tunel xəttini məhv edib

Türkiyə Milli Müdafiə Nazirliyi 23 oktyabr 2025-ci il tarixli həftəlik mətbuat konfransında Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizə, sərhədlərin təhlükəsizliyi, beynəlxalq missiyalar və müdafiə sənayesi sahələrindəki son fəaliyyətləri ilə bağlı açıqlama verib.

Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.

Açıqlamada Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəni qətiyyətlə davam etdirdiyi qeyd olunub.

Bildirilib ki, yanvarın 8-dən bu yana Suriya Əməliyyat Bölgələrində həyata keçirilən tunellərin dağıdılması əməliyyatlarında Təl-Rifatda 302 kilometr, Menbicdə 400 kilometr olmaqla, ümumilikdə 702 kilometrlik tunel xətti məhv edilib.

Sərhəddə qeyri-qanuni keçidlərə qarşı mübarizə çərçivəsində son bir həftədə 281 nəfər ələ keçirilib, ilin əvvəlindən bu yana saxlanılan şəxslərin sayı isə 8024 nəfərə çatıb. Həmçinin bu il ərzində 54 719 nəfərin sərhədi keçməsinin qarşısı alınıb.

Hatay sərhəd xəttində həyata keçirilən əməliyyatlar zamanı 2 440 zenit döyüş sursatları, 40 əl qumbarası, 37 detonator, bir "AK-47" piyada tüfəngi, bir RPG raket qurğusu və 3 384 qram narkotik maddə ələ keçirilib.

Link kopyalandı!
Son xəbərlər