Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstan seysmoloqları Almatıda zəlzələ qeydə alıblar.
Moderator.az xəbər verir ki, bu barədə "Azattyq Ryhy" məlumat yayıb.
Qazaxıstan FHN-in "Milli Seysmoloji Müşahidələr və Tədqiqatlar Elmi Mərkəzi" MMO-nun seysmik stansiyalar şəbəkəsi Astana vaxtı saat 12:20-də (Bakı vaxtı ilə saat 11:20) 4.9 bal gücündə zəlzələ qeydə alıb.
Zəlzələnin episentri Almatıdan 136 kilometr cənub-qərbdə, Qırğızıstan ərazisində olub, ocağı 10 kilometr dərinlikdə yerləşib.