03:14
18°C
Bakı
Almaniyada atışma nəticəsində bir neçə nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Hannoversche Allgemeine" qəzeti məlumat yayıb.
Məlumata görə, insident axşam saatlarında Hannoverdə (Aşağı Saksoniya federal əyaləti) baş verib.
Atışmadan əvvəl iki qrup gənc arasında mübahisə yaranıb, daha sonra mübahisə atışma ilə nəticələnib.
Şübhəli şəxs həbs edilib.