Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir
1337
22 Oct 2025 | 23:41

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

İsrail parlamentinin (Knesset) İordan çayının Qərb sahilinin ilhaqına yönəlmiş addımı beynəlxalq hüquqa ziddir və hüquqi qüvvəyə malik deyil.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda vurğulanıb.

Rəsmi Ankara Qəzzada sülhün bərqərar olunmasına dair səylərin davam etdiyi bir dövrdə belə bir addımın atılmasını təxribat kimi dəyərləndirib.

"İordan çayının Qərb sahili Fələstin torpağıdır. Bu ərazidə İsrailin qanunsuz fakt yaratma cəhdlərinə yol verilməməlidir", - bəyanatda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər