Stavropolda hərbi hissə yaxınlığında partlayış baş verib, xəsarət alan var
Dünya
299
22 Oct 2025 | 23:40

Stavropolda hərbi hissə yaxınlığında partlayış baş verib, xəsarət alan var

Rusiyanın Stavropol şəhərində hərbi hissə yaxınlığında yerləşən trolleybus dayanacağında partlayış olub.

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə bir qadın qəlpə yaraları alıb və bud və baldır nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə Serov küçəsindəki 247-ci qvardiya desant-hücum alayının yaxınlığında baş verib.

İlkin məlumata görə, dayanacaqda partlayıcı qurğu işə düşüb. Qurğunun növü hazırda mütəxəssislər tərəfindən müəyyən edilir.

Əraziyə ölkənin Daxili İşlər Nazirliyinin və hərbi polisin əməkdaşları cəlb olunub, hadisə yerinə fövqəladə xidmətlər yönləndirilib.

Son məlumata əsasən, partlayışla əlaqədar şübhəli şəxs saxlanılıb.

İlkin versiyaya görə, həmin şəxs partlayıcı qurğunu uşaq arabasında qoyub. Hazırda o, dindirilmək üçün hərbi hissənin ərazisinə aparılıb.

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər