Bratislavada Rusiya neftini emal edən zavodda yanğın baş verib
Slovakiyanın paytaxtı Bratislavada, Macarıstanın MOL Group şirkətinə məxsus neft emalı zavodunda yanğın olub.
Moderator.az xəbər verir ki, bu barədə cznews.info məlumat yayıb.
Məlumata görə, müəssisə “Drujba” boru kəməri vasitəsilə Rusiyadan idxal olunan xam nefti emal edir.
Bu, son iki gün ərzində Rusiya neftini emal edən Avropa zavodlarında baş verən üçüncü insidentdir.
Belə ki, bazar ertəsi Rumıniyanın cənubundakı Ploeşti şəhərində yerləşən Petrotel-Lukoil zavodunda partlayış qeydə alınıb.
Bundan bir gün sonra Macarıstanda MOL şirkətinə məxsus ölkənin ən böyük neft emalı zavodu yanıb.
Hazırda Bratislavadakı yanğının səbəbləri araşdırılır.