Hava məkanlarını Putinin təyyarəsi üçün bağlayacaqlar
Dünya
273
22 Oct 2025 | 22:00

Hava məkanlarını Putinin təyyarəsi üçün bağlayacaqlar

Latviya Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin Budapeştdə ABŞ lideri Donald Trampla görüşmək üçün ölkə üzərində uçmasına icazə verməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi “LETA” xəbər agentliyinə açıqlamasında bildirib.

“Latviya öz hava məkanı vasitəsilə uçuşa icazənin verilməsi imkanını görmür”, - nazirlik vurğulayıb.

Xatırladaq ki, oktyabrın 16-da ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı baş tutub. Bunun ardınca, ABŞ lideri Budapeştdə tərəflər arasında görüş keçiriləcəyini bildirib. 

Onu da bildirək ki, 2022-ci ildə Avropa İttifaqı Ukraynadakı müharibə ilə bağlı öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər