01:01
18°C
Bakı
Stokholm və Kiyev İsveçin "Gripen E" qırıcı təyyarələrinin gələcək tədarükünə yol açan niyyət məktubu imzalayıblar.
Moderator.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bunu İsveçin Baş naziri Ulf Kristersson Ukrayna lideri Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Kristerssonun sözlərinə görə, söhbət Ukrayna üçün 100-150 ədəd "Gripen E" döyüş təyyarəsinin istehsalı və ixracı üzrə potensial müqavilədən gedir.
Qeyd edək ki, İsveçin "Saab" şirkətinin istehsal etdiyi çoxfunksiyalı "Gripen" döyüş təyyarələri İsveçin və bir neçə ölkənin hərbi hava qüvvələrinin əsas döyüş təyyarələrindən biridir.