Abbas Əraqçı:
Dünya
476
22 Oct 2025 | 21:00

Abbas Əraqçı: "Nə qədər ki, ABŞ əsassız tələblər irəli sürür, İran danışıqlara getməyəcək"

"Nə qədər ki, Vaşinqton Tehrana əsassız tələblər irəli sürür, İran ABŞ ilə nüvə danışıqlarını bərpa etməyəcək".

Moderator.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib.

Nazir bildirib ki, ABŞ ilə davam edən danışıqlar, məhz Vaşinqtonun ifrat tələbləri səbəbindən dayandırıldı və davam etdirilmədi".

Xatırladaq ki, Tehran və Vaşinqton İranın nüvə proqramına dair qeyri-rəsmi danışıqların beş raundunu keçiriblər, habelə BMT Baş Assambleyası zamanı danışıqlar aparıblar. Dialoqa iyun ayında 12 günlük müharibə son qoyub.

Daha əvvəl İranın Ali lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın danışıqları yenidən başlamaq təklifini rədd edib. O, həmçinin ABŞ-nin İranın nüvə potensialının məhv edildiyi barədə iddialarını əsassız sayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər