Ukrayna ordusu bir kəndi azad etdi: 50-dən çox rusiyalı hərbçi əsir düşdü
Dünya
344
22 Oct 2025 | 20:55

Ukrayna ordusu bir kəndi azad etdi: 50-dən çox rusiyalı hərbçi əsir düşdü

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində Kuçerov Yar kəndini Rusiya ordusundan geri alıblar.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Hava Desant Qüvvələri "Facebook"da məlumat yayıb.

Əməliyyatda Hava Desant Qüvvələrinin 132-ci əlahiddə kəşfiyyat batalyonu xüsusilə fərqlənib.

Məlumata görə, əməliyyat zamanı ukraynalı hərbçilər 50-dən çox rusiyalı əsgəri əsir götürüblər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər