02:51
18°C
Bakı
Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Moderator.az xəbər verir ki, bu barədə Qaribaşvili Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ifadəsində bildirib.
O, illər ərzində qanunsuz gəlir əldə etdiyini bildirib.
Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib ki, yaxın günlərdə cinayət işinin nədən ibarət olduğu, həm də həbs-qətimkan tədbirinin seçilməsi müzakirə ediləcək.
Qeyd edək ki, oktyabrın 17-də Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin evlərində axtarış aparılıb.