22:31
18°C
Bakı
Yəmən husiləri BMT-nin Sənadakı qərargahında saxlanılan 12 təşkilat əməkdaşını azad edib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi beynəlxalq təşkilatın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bundan başqa, daha 3 əməkdaşa hərəkət və səyahət azadlığı verilib.
Qeyd edək ki, daha əvvəl BMT-nin 15 beynəlxalq əməkdaşı şənbə günü husilərin hökumət ofisinə basqını nəticəsində Yəmənin paytaxtında əsir götürülmüşdü.