Kosta-Rikada güclü zəlzələ oldu
Dünya
425
22 Oct 2025 | 19:00

Kosta-Rikada güclü zəlzələ oldu

Kosta-Rikada 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 335 min əhalisi olan paytaxt San-Xosedən 59 kilometr cənubda yerləşib.

Təkanların ocağı 24 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində itki və dağıntıların olması barədə məlumat verilməyib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər